AZ

Azərbaycanın basketbol millisi növbəti qələbəsini qazanıb

Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Avropa çempionatının C divizionunda qrupdakı son matçını keçirib.

"Report" xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda Malta ilə qarşılaşıb.

Millimiz bu görüşdə 56:50 hesabı ilə qələbə qazanıb. Komanda bundan əvvəl Albaniyaya 56:60 hesabı ilə məğlub olub. Yığma ikinci görüşdə Moldovanı 78:55 hesabı ilə üstələyib.

Qeyd edək ki, oğlanların turnirinə Albaniya ev sahibliyi edir.

"Cebhe.info"

Seçilən
59
3
cebheinfo.az

5Mənbələr