AZ

İdmanUEFA Avropa Liqası: "Zirə" Moldovada "Şerif"ə qalib gəlib - YENİLƏNİB

SİZİN REKLAM BURADA!055 213 76 73

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zirə" Moldovada "Şerif"lə üz-üzə gəlib.

Tiraspol şəhərindəki "Şerif Arena"da baş tutan matç təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 1:0.

Matçda yeganə qolu 88-ci dəqiqədə David Volkov rəqibin qapısından keçirib.

Qeyd edək ki, "Zirə" və "Şerif arasında cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

***22:51

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Şerif" (Moldova) - "Zirə" matçında hesab açılıb.

Tiraspol şəhərindəki "Şerif Arena"da Bakı klubu hesabda önə çıxıb.

88-ci dəqiqədə David Volkov adını tabloya yazdırıb.

***21:00

UEFA Avropa Liqasının I turunun ilk görüşü çərçivəsində "Şerif" (Moldova) - "Zirə" matçı start götürüb.

Qarşılaşma Tiraspol şəhərindəki "Şerif Arena"da keçirilir.

Görüşü isveçrəli referi Alessandro Dudiç idarə edir.

Far.Az

Seçilən
96
7
far.az

10Mənbələr