AZ

“Kəpəz” ispaniyalı futbolçu transfer etdi

“Kəpəz” daha bir futbolçunun transferini reallaşdırıb.

Bizim.Media xəbər verir ki, Mərakeş əsilli ispaniyalı oyunçu Kərim Lkoça ilə 1+1 illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir. Lkoça son olaraq Andorra çempionatında “Santa Koloma” klubunda oynayıb.
Qeyd edək ki, “Kəpəz” bu yay Elmir Tağıyev, Nicat Süleymanov və Paulo Rojerionu da heyətə cəlb edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
78
20
bizim.media

10Mənbələr