AZ

“Araz-Naxçıvan” braziliyalı futzalçı transfer etdi

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” transfer çalışmalarına başlayıb. Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti xəbər verir ki, ölkə çempionu braziliyalı Alisson Damasceno Masiel – Kadinyo ilə anlaşıb. Braziliyalı cinah oyunçusu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. O, cari ilin yanvarından Qazaxıstanın “Jetisu” klubunda çıxış edib.Qeyd edək ki, bu komandanın baş məşqçisi Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın keçmiş oyunçusu və baş məşqçisi Biro Jadedir. Kadinyo Braziliyada ESMAC və “Guarani” klublarında çıxış etdikdən sonra İspaniya “Ribera Navarra”sına keçib. Burada 12 oyunda meydana çıxan və 1 qol vuran 29 yaşlı futzalçı 2022/23-cü il mövsümündə Fransa “Nantes Metropole”sinin uğurları üçün tər töküb. Xatırladaq ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Sparta Belfast” (Şimali İrlandiya), “Sillamae Silla” (Estoniya) və “Uddevalla” (İsveç) klubları ilə qarşılaşacaq. Oyunlar avqustun 20-dən 25-dək İsveçdə keçiriləcək














Paylaş:

Seçilən
59
26
regionxeberlericom.az

10Mənbələr