AZ

Simone İnzagi daha 2 il "İnter"ə rəhbərlik edəcək

İtaliyanın "İnter" klubu baş məşqçisi Simone İnzagi ilə müqavilə müddətini uzadıb.

47 yaşlı italiyalı çalışdırıcı ilə 2026-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Simone İnzagi 2021-ci ilin yayında "İnter"in baş məşqçisi təyin olunub. "Neradzurri" ötən mövsüm UEFA Çempionlar Liqasının finalında İngiltərənin "Mançester Siti" klubuna 0:1 hesabı ilə uduzub.

Seçilən
32
cbcsport.az

1Mənbələr