AZ

“Azər Türk Bank” 14 milyon manata yaxın mənfəət açıqladı

“Azər Türk Bank” 2024-cü ilin 2-ci rübünü 13 milyon 550 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 7 milyon 152 min manat olub ki, bu da illik müqayisədə 2 dəfəyə yaxın artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin yanvar-iyun ayında “Azər Türk Bank”ın cəmi gəlirləri  67 milyon 972 min manat (əvvəlki ilə nisbətən 56% çox), cəmi xərcləri isə 49 milyon 915 min manat təşkil edib.

Hesabat dövründə bankın cəmi aktivləri 76% artaraq 1 milyard 496 milyon manat, o cümlədən kredit portfeli 85% artaraq 751 milyon 594 min manat olub.

“Azər Türk Bank”ın depozit portfeli 891 milyon 772 min manat olub ki, bu da illik müqayisədə 2.3 dəfə artımdır. Fiziki şəxslərin depozitləri 206 milyon 148 min manatdan  225 milyon 37 min manata, hüquqi şəxslərin depozitləri 176 milyon 794 min manatdan 666 milyon 735 min manata çatıb.

 

Seçilən
169
50
banker.az

10Mənbələr