AZ

Qəzzanı tərk etməyə icazə verilənlərin SİYAHISI

Radikal HƏMAS qruplaşması Rəfah sərhəd-keçid məntəqəsi vasitəsilə Qəzza zolağından çıxmağa icazə verilən şəxslərin siyahısını dərc edib.

Cebhe.info xəbər verir ki, siyahılar bir gecədə Fələstin sərhəd idarəsinin "Facebook" səhifəsində dərc edilib.

Siyahıya Avstraliya, Avstriya, Bolqarıstan, İndoneziya, İordaniya, Finlandiya, Çexiya və Yaponiya vətəndaşları daxildir.  Bundan əlavə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və müxtəlif QHT-lərin əməkdaşlarına da ölkəni tərk etməyə icazə veriləcək.

Siyahılarda ən azı 430 nəfər var.  Bu siyahılara xarici ölkə vətəndaşları və beynəlxalq təşkilat və QHT əməkdaşlarından əlavə, ikili vətəndaşlığı olan fələstinlilər də daxildir.

Seçilən
233
2
cebheinfo.az

9Mənbələr