AZ

Millimiz İsveçrəyə böyük hesabla uduzdu

Qadınlardan ibarət fubol üzrə milli komandamız Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib. Msport.az xəbər verir ki, B liqasının 1-ci qrupunda mübarizə aparan yığmamız səfərdə İsveçrə seçməsi ilə üz-üzə gəlib.

Lozanna şəhərindəki “Olimpik De La Pontez” stadionunda təşkil olunan matç İsveçrə komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
15 xalla qrupu birinci pillədə başa vuran İsveçrə yığması A Liqasına yüksəlib. 4 xalla dördüncü yeri tutan Azərbaycan milli komandası isə növbəti mövsüm C Liqasında mübarizə aparacaq.
Seçilən
83
8
msport.az

10Mənbələr