AZ

Penaltilərdə bəxti gətirdi, "Qarabağ"ın ÇL-dəki rəqibi oldu

Bu gün Çempionlar Liqasında birinci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, bu mərhələnin "Linkoln" (Cəbüllütariq) - "Hamrun" (Malta) cütünün qalibi ikinci raundda Azərbaycan çempionu "Qarabağ"ın rəqibi oub.

Cəbüllütariq təmsilçisi ötən həftə Maltadakı səfər matçında 1:0 hesabı ilə qələbə qazanmışdı. Bugünkü görüşün isə əsas vaxtı "Hamrun"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yeganə qolu 89-cu dəqiqədə Vitao vurub. Əlavə vaxtda qol olmadığından qalib penaltilər seriyasında müəyyənləşib.

Burada daha dəqiq olan (5:4) "Linkoln" 2-ci təsnifat mərhələsinə yüksəlib və "Qarabağ"a rəqib olub.

"Qarabağ" ikinci təsnifat mərhələsində ilk matçı səfərdə (23 və ya 24 iyul), cavab görününü Bakıda (30 iyul) keçirəcək. Hazırda Ağdam təmsilçisi Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışındadır.

Seçilən
38
3
sportinfo.az

5Mənbələr