AZ

DİN: Ötən gün 48 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

DİN:

Bakı,18 iyul, AZƏRTAC

İyulun 17-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən (DİN) AZƏRTAC-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 48,3 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 297 çətənə kolu aşkarlanaraq götürülüb.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
17
azertag.az

10Mənbələr