Bakıda fəaliyyət göstərən özəl klinikalarından biri - "Reo-Med" klinikasının girişinə kilid vurulub.
E-saglam.az News24.az-a istinadən xəbər verir ki, bir neçə gündür klinikanın fəaliyyətini dayandırdığı iddia edilir.
Qeyd edək ki, 29 yaşlı qadın iyunun 11-də əməliyyat üçün "Reo-Med" klinikasına müraciət edib və 2 iyul tarixində həyatını itirib. Gənc xanımın ölümündə "Reo-Med" klinikasının direktoru Əli Hüseynov, həkimi Mətanət Eyvazova və anestezioloq Babək Mahmudov ittiham edilib. Son günlər bu mövzu sosial şəbəkələrdə və KİV-də geniş müzakirələrə səbəb olub.
Bunu da bildirək ki, klinikanın binasına yazılan "Reo-Med" yazısı da üzərindən götürülüb.
E-saglam.az