AZ

Məşhur firmaların dondurmaları insan sağlamlığına təhlükəli imiş – Ticarət mərkəzlərində yoxlama (FOTO)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinq keçirib.Bu barədə AQTA-dan məlumat verilib.Bildirilib ki, monitorinq çərçivəsində götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən, daha üç yerli və beş idxal olmaqla, ümumilikdə, səkkiz dondurma məhsulunda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.Uyğunsuzluq aşkar edilmiş məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı yeddi müəssisə barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul edilib və icra üçün sahibkarlara təqdim olunub. Eyni zamanda dondurma məhsullarının satışdan kənarlaşdırılması və istehsalçı müəssisələrə geri qaytarılması ilə bağlı ticarət şəbəkələrinin rəhbərlərinə rəsmi qaydada xəbərdarlıq olunub.Ümumilikdə, monitorinq müddətində uyğunsuzluq aşkar edilmiş 2809 ədəd dondurma məhsulunun ticarət şəbəkələrindən geri çağırılması, 2569 ədəd məhsulun isə məhv edilməsi təmin edilib. Hazırda bu istiqamətdə fəaliyyət davam etdirilir.Uyğunsuzluq aşkar edilmiş dondurma məhsulu partiyaları aşağıdakılardır:Məhsulun adı İstehsalçı İstehlaka yararsız məhsul partiyası Aşkar edilmiş uyğunsuzluq“Saturn” əmtəə nişanlı karamelli və araxisli dondurma “Rich S.A” MMC 30.01.2024-30.03.2025 Enterobacteriaceae bakteriyası“Vineto” əmtəə nişanlı qozlu dondurma Fiziki şəxs Yusubova Sərngül Kərəm qızı 22.04.2024-22.02.2025 Enterobacteriaceae bakteriyası“Marka №1” əmtəə nişanlı şokoladlı plombir dondurma (çəki ilə satılan) Fiziki şəxs Məmmədov Arif Firudin oğlu 04.05.2024-04.03.2025 Enterobacteriaceae bakteriyası“Сибхолод” əmtəə nişanlı şokoladlı qlazur ilə qaymaq dadlı plombir Eskimo dondurma “Tekaz” MMC, Rusiya Federasiyası 12.07.2023-12.01.2025 Enterobacteriaceae bakteriyası“Qost Plombir” əmtəə nişanlı şokolad qlazurunda vanil ətirli Eskimo plombir dondurma 14.07.2023-14.01.2025 Enterobacteriaceae bakteriyası“Woohoo!” əmtəə nişanlı çiyələk desertli dondurma “ANC Group” MMC, Belarus Respublikası 25.03.2024-25.03.2025 Enterobacteriaceae bakteriyası“OE!” əmtəə nişanlı şokoladlı və kokoslu plombir dondurma “Klin-Pro” MMC, Rusiya Federasiyası 08.04.2024-08.10.2025 Enterobacteriaceae bakteriyası“Русский холод” əmtəə nişanlı vanilli plombir dondurma Fiziki şəxs Babayev Elçin Ramizoviç, Rusiya Federasiyası 02.04.2024-02.10.2025 Enterobacteriaceae bakteriyası














Paylaş:

Seçilən
144
1
regionxeberlericom.az

2Mənbələr