AZ

Şənbə günü üçün hava proqnozu

İyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26 dərəcə, gündüz 31-36 dərəcə isti olacaq. Nisbi rütubət gündüz 45-55 faiz təşkil edəcək.

Ölkənin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26 dərəcə, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 14-18 dərəcə, gündüz 18-23 dərəcə isti olacaq.

Seçilən
173
49
turan.az

10Mənbələr