AZ

Komanda3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Quba mərhələsi bu gün start götürəcək

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Quba mərhələsi bu gün start götürəcək.

“Far.Az”un Qubaya ezam olunmuş əməkdaşı xəbər verir ki, turnirdə 8 kollektiv 2 qrupda çıxış edəcək.

A qrupunda Azərbaycan təmsilçisi "Baku Flames", Avstraliya, Niderland və Çinin U-24 milliləri mübarizə aparacaq.

B qrupunda isə Çexiya, Filippin, İran yığmaları və “Düsseldorf Zoos” klubu yer alıb.

Qeyd edək ki, görüşlər iyulun 20-21-də keçiriləcək. Quba mərhələsinin açılış oyunu saat 16:30-da "Baku Flames” klubu ilə Niderland arasında baş tutacaq.

Seçilən
47
9
far.az

10Mənbələr