AZ

İsrail qüvvələri 26 fələstinlini həbs edib

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 26 fələstinlini həbs edib.
Elchi.az xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyətdən verilən ortaq açıqlamada İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə basqınlarını davam etdirdiyi qeyd edilib.
Açıqlamada İsrailin cümə və şənbə günləri İordan çayının qərb sahilinin müxtəlif bölgələrində basqınlar təşkil etdiyi ifadə edilərək, “İşğal qüvvələri dünən axşam saatlarından etibarən İordan çayının qərb sahilində ən az 26 vətəndaşı nəzarətə götürüb. Aralarında jurnalist Həmzə Cabir də var.” deyilib.
Saxlanılanlar arasında əvvəllər azadlığa buraxılanların da olduğu bildirilib.
Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahilində saxlanılan fələstinlilərin sayının 9750-dən çox olduğu açıqlanıb.
İsrailin Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlarda artım müşahidə olunur.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 7 oktyabr 2023-cü ildən bəri İsrail əsgərləri və Fələstin torpaqlarını qəsb edən israillilərin hücumları nəticəsində 578 fələstinli həyatını itirib.Şayəstə Hüseynova

Seçilən
134
1
elchi.az

10Mənbələr