AVRO-2024 və Amerika kubokundan sonra cədvəldə 4 futbolçu zirvəni bölüşür.
Cud Bellingem, Erlinq Haland, Vinisius Junior və Kilian Mbappenin qiyməti 180 milyon avro təşkil edir. Haland “Mançester Siti”nin, digər üç futbolçu isə “Real Madrid”in formasını geyinir.
5-ci sırada Fil Foden qərarlaşıb. Onun dəyəri 150 milyon avrodur.
Əlavə edək ki, dünyada yalnız 19 futbolçunun qiyməti 100 milyon avro və daha yüksək məbləğdən ibarətdir.