AZ

"Zövqlər müxtəlifdirsə, "zövqsüzlük" anlayışı niyə var?"

"Zövqlər müxtəlifdir", "zövqlər müzakirə obyekti ola bilməz" ifadələrini tez-tez eşidirik. Lakin çox zaman da kimlərinsə musiqi və ya geyim zövqünü aşağılayır, onu bayağı adlandırırıq. Keyfiyyətli seçim və zövqlülük anlayışının necə və nəyin əsasında formalaşması isə insanlara həmişə maraqlı olub. Zövqlər doğrudan da müxtəlif ola bilərsə, zövqsüzlük anlayışı niyə var?

Psixoloq Elmir Əkbər Bizim.Media-ya bildirib ki, zövq həmçinin bir seçimdir:

"Seçimin arxasında isə duyğu elementi ilə yanaşı, əqli, yəni koqnitiv komponent də dayanır. Zövq deyəndə janrlar və kamil, tamamlanmış, mükəmməl istiqamətlər arasındakı seçim nəzərdə tutulur. Yəni kimsə qotik və ya barokka üslubunu sevə bilər. Düzdür, bəzən kimisə incitməmək üçün deyirəm ki, bu, zövq məsələsidir, müzakirə obyekti ola bilməz".

Elmir Əkbər həqiqətin isə tamam başqa cür olduğunu vurğulayıb:

"Məsələn, musiqidən danışsaq, bir insanın rep, rok, kantr üslubunu seçməyi onun zövq məsələsidir. Amma Amerikanı Avropanın paytaxtı adlandıran Afət Tahirqızına (red. bu ifadəni müğənni Şəbnəm Tovuzlu işlədib) qulaq asmaq isə sadəcə səviyyəsizlikdir. Bunun zövqə heç bir aidiyyəti yoxdur".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
58
3
milli.az

9Mənbələr