AZ

Fransa millisinin üzvü "Əl-İttihad"da

Fransa millisinin və “Aston Villa”nın yarımmüdafiəçisi Mussa Diabi karyerasını Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda davam etdirəcək.

AzxeberSport xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb. 

"Əl-İttihad” transfer üçün artıq “Aston Villa” ilə anlaşıb. Səudiyyə Ərəbistanı təmsilçisi Diabiyə görə "Aston Villa"ya 60 milyon avro + bonuslar ödəyəcək. Futbolçunun özü isə "Əl-İttihad"la 5 illik müqavilə imzalamağa razılıq verib.

Mussa Diabi əvvəllər "Bayer", "Krotone" və PSJ-də çıxış edib. Keçən mövsüm Premyer Liqada 38 matçın hamısında iştirak edib, 6 qol vurub və 8 qolun ötürməsini verib.

Seçilən
124
2
azxebersport.az

3Mənbələr