"Real" və "Mançester Yunayted"in sabiq futbolçusu Rafael Varanın "Komo"ya keçidi dəqiqləşib.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Fransalı müdafiəçi ilə 2 ilik müqavilə imzalanacaq.
Bu yay Pepe Reyna, Anrea Belotti və Alberto Moreno kimi tanınmış futbolçuları transfer edən A seriyası təmsilçisi yaxın günlərdə Varanın da keçidini açıqlayacaq.
Qeyd edək ki, "Komo"nun baş məşqçisi İspaniya millisinin və "Barselona"nın sabiq üzvü Sesk Fabreqasdır.