Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Modern.az xəbər verir ki, tədbirdə Azərbaycanın üç klubu - "Zirə", "Sumqayıt" və "Sabah"ın da potensial rəqibləri bəlli olacaq.
“Sabah” – “Makkabi” (Hayfa, İsrail) cütü səpələnmişlər, “Sumqayıt” – “Fehervar” (Macarıstan) və “Zirə” – “Dunayska Ştreda” (Slovakiya) cütləri isə səpələnməmişlər səbətində yer alacaq.
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.