Ağdaş şəhər sakini, 1988-ci il təvəllüdlü Fərid Ağa oğlu Ağazadə rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub.Onu sudan çıxarmaq məqsədilə çaya düşən dayısı oğlu, 1990-cı il təvəllüdlü Rəhman Cəfər oğlu Əliyev də çayda boğularaq ölüb.Hər iki şəxsin meyiti səhər saatlarında sudan çıxarılıb.Sosial şəbəkələrdə yayılan məlumata görə, çayda boğulanlardan biri - Rəhman Əliyev Azərbaycan II liqa təmsilçilərindən “Ağdaş” klubunun rəhbəridir.R.Əliyev evli olub, 3 övladı qalıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta