AZ

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb

Son ölkə çempionu “Araz-Naxçıvan” heyətini gücləndirməkdə davam edir.

Azərbaycan Futzal Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, “qırmızı-ağlar” bu dəfə milli komandanın gənc üzvü İlham Alıyevlə anlaşıb. Onunla 1 illik müqavilə imzalanıb.

İlk dəfə bu ilin aprelində Tbilisidə Gürcüstan yığması ilə yoldaşlıq matçında əsas yığmanın heyətində meydana çıxan futzalçı buna qədər U-19-un formasını geyinib.

Qeyd edək ki, braziliyalı Kadinyo, Şayke Aledes De Oliveyra və serbiyalı Lazar Milosavlyeviçi transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.

Seçilən
122
4
90deqiqe.az

10Mənbələr