AZ

Alman nazir Baydenin qərarını ŞƏRH ETDİ

Almaniyanın xarici işlər naziri Annalena Berbok Co Baydenin seçkidən çəkilmək qərarını şərh edib.

 

Modern.az bu barədə "Bild"ə istinadən xəbər verir.

 

Almaniyanın xarici işlər naziri bu barədə Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclası çərçivəsində açıqlama verib.

 

Berbok deyib ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden ölkəsinin maraqlarını öz maraqlarından üstün tutur.

 

Onun sözlərinə görə, Baydenin dövründə transatlantik əməkdaşlıq heç vaxt olmadığı qədər intensiv olub: "O, öz yaxın müttəfiqliyi ilə Avropa qitəsini dəstəkləyib".

Seçilən
179
50
modern.az

10Mənbələr