AZ

ABŞ Məxfi Xidmətinin rəhbəri Trampa hücümla bağlı məsuliyyəti öz üzərinə götürüb

ABŞ Məxfi Xidmətinin rəhbəri Kimberli Çitl ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampa sui-qəsd cəhdi ilə bağlı ifadə verib. Bazar ertəsi, iyulun 22-də ABŞ Konqresinin Nümayəndələr Palatasında bu məsələ ilə bağlı dinləmələr keçirilib.

Herbiand.az ABŞ mediasına istinadən xəbər verir ki, Çitl eks-prezidentə hücuma görə məsuliyyəti öz üzərinə götürüb və bunu Gizli Xidmətin onilliklər ərzində “ən ciddi əməliyyat uğursuzluğu” adlandırıb.

Nümayəndələr Palatasının Nəzarət Komitəsinin bir neçə Respublikaçı və Demokrat üzvü onun istefasını tələb edib.

Merilend ştatından demokrat Ceymi Raskin deyib: “Düşünürəm ki, direktor ölkəmiz üçün çox vacib və həssas bir zamanda Konqresin etimadını itirib”. O, Nəzarət Komitəsinin rəhbəri, respublikaçı Ceyms Komer kimi, Çitlın könüllü olaraq vəzifəsini tərk etməyə çağırdı.

Amerika mediası iddia edir ki, Kimberli Çitl Federal Təhqiqatlar Bürosunun (FTB) sui-qəsd cəhdi ilə bağlı araşdırmasına istinad edərək, konqresmenlərin narazılığına səbəb olan baş verənlərin bir çox təfərrüatlarını müzakirə etməkdən imtina edib. Bununla belə, o, özünü "hazırda Gizli Xidmətə rəhbərlik edə biləcək ən yaxşı insan" adlandırdı və bunun bir daha təkrarlanmamasını təmin etmək üçün "göyü və yeri yerindən tərpətməyə" söz verdi.

Herbiand.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
45
herbiand.az

10Mənbələr