AZ

Meksika millisinin baş məşqçisi açıqlandı - RƏSMİ

Meksika yığmasının yeni baş məşqçisi bəlli olub.

Fanat.Az Meksika Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Xavyer Aqirreyə tapşırılıb.

"Barselona"dan rezerv komandasının baş məşqçi postundan ayrılan Rafael Markes isə gözlənildiyi kimi, Aqirrenin köməkçisi təyin edilib.

Qeyd edək ki, 65 yaşlı mütəxəssis daha öncə İspaniyanın "Malyorka", "Leqanes", "Atletiko Madrid", Meksikanın "Monterrey", Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vahda" klublarında, eləcə də Misir və Yaponiya yığmalarında işləyib.

Seçilən
24
7
fanat.az

8Mənbələr