AZ

Bakıda bu gündən 5 avtobusun hərəkəti dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar 24 iyul 2024-cü il tarixində Əhməd Rəcəbli küçəsində (Təbriz küçəsindən Fətəli xan Xoyski küçəsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Banker.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Tətbiq edilən məhdudiyyətlə əlaqədar 2, 5, 9, 11 və 24 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ağa Nemətulla küçəsi, Uluqbəy küçəsi, Fətəli xan Xoyski küçəsi və Faiq Yusifov küçəsi ilə təşkil edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
50
banker.az

10Mənbələr