AZ

İranın sabiq prezidentinə sui-qəsd cəhdi baş tutmadı

İranın keçmiş prezidenti Mahmud Əhmədenejata qarşı sui-qəsd cəhdi baş tutmayıb.

Bizim.Media “Iran International”-a istinadən xəbər verir ki, hadisə 9 və 10-cu hökumətlərin başçısı Mahmud Əhmədenejat və həyat yoldaşı Zəncana səfərə yola düşərkən baş verib.

Bildirilib ki, qaydalara əsasən, təhlükəsizlik xidmətinin başçısı adətən avtomobilin qabaq oturacağında oturub. Maşını yoxladıqdan sonra o, Mahud Əhmədenejata başqa avtomobildə oturmasını məsləhət görüb. Kərəc-Qəzvin avtomobil yolunda “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Həmin maşında Əhmədenejat olmayıb. Orada keçmiş prezidenti müşayiət edən bir neçə şəxs olub.

Maşın yoldan çıxaraq üç dəfə aşıb və “Peugeot” avtomobili ilə toqquşub. Onun bir sərnişini yaralanıb.

Qeyd edək ki, keçmiş prezidentə yaxın olan adamlarından biri uğursuz sui-qəsd cəhdlərinin daha öncə də baş verdiyini bildirmişdi.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
29
bizim.media

10Mənbələr