AZ

DİN: Ötən gün 16,6 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

DİN:

Bakı, 25 iyul, AZƏRTAC

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 24-də ümumi çəkisi 16,6 kiloqrama yaxın narkotik vasitə, həmçinin 3565 ədəd metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 54 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
10
azertag.az

10Mənbələr