Bakıda baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə xəyanətə görə baş verib. Belə ki, 1984-cü il təvəllüdlü Vüsalə Dadaşova ərinin onu yaxın rəfiqəsi ilə aldatdığını öyrənib. Hətta həmin xanımla Vüsalə Dadaşova o qədər yaxın olublar ki, bir-birlərinə “bacı” deyə müraciət ediblər.
Münasibətdən xəbər tutan çarəsiz qadın isə çıxış yolunu intiharda görüb. O, özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb.
Qeyd edək ki, V.Dadaşovanın bu evlilikdən iki övladı var.
KAİM.az