AZ

"Real Madrid"in sabiq futbolçusu 4-cü liqa klubuna keçib

İspaniyanın "Real Madrid" və İtaliyanın "Napoli" klublarının keçmiş yarımmüdafiəçisi Xose Kalyexon aşağı liqa təsilçisi "Marbelya"ya transfer olunub. Tərəflər arasında 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

37 yaşlı futbolçu 2011/2012-ci illər mövsümündə “Real Madrid”ın heyətində İspaniya çempionu, “Napoli” ilə isə iki dəfə İtaliya kubokunun qalibi olub.

Əlavə edək ki, Kalyexon son iki mövsümdə “Qranada”da çıxış edib. O, ötən mövsüm La Liqada 25 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Seçilən
62
5
cbcsport.az

6Mənbələr