Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Hökməli dairəsi yaxınlığında qəza baş verib. Manset.az Report.az-a istinadən xəbər verir ki, yük maşınının sürücüsü idarəetməni itirdikdən sonra nəqliyyat vasitəsi öncə işıq dirəyinə, daha sonra yol kənarında duran VAZ-2107 markalı avtomobilə çırpılıb. Xəsarət alanlar barədə məlumat yoxdur.