AZ

Azərbaycanın Portuqaliyaya neft ixracı artıb

Bu ilin birinci yarısında Azərbaycan Portuqaliyaya 225,4 milyon dollar dəyərində 349,8 min ton neft ixrac edib.

"Operativ Media" Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən dəyər baxımından 3,5 dəfə çoxdur.

Əlavə edək ki, hesabat dövründə iki ölkə arasında ticarət dövriyyəsi 232,6 milyon dollar təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
1
operativmedia.az

2Mənbələr