AZ

Neftçalada məktəb binasında yanğın oldu

Neftçala rayonunda məktəb binasında yanğın olub.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, rayonun Cəngan kəndində ümumi sahəsi 2 400 kvadratmetr (hər mərtəbəsi 1 200 kvadratmetr) olan ikimərtəbəli orta məktəb binasının ikinci mərtəbəsində sahəsi 12 kvadratmetr olan köməkçi otağa yığılan masa, oturacaqlar, 6 ədəd kompüter və dam örtüyünün taxta atmaları 2 kvadratmetr sahədə yanıb.

Məktəb binası yanğından mühafizə olunub. Yanğın, yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
16
teleqraf.com

10Mənbələr