AZ

IDEA-nın ekoloji yay düşərgəsi

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən "Qafqaz bəbirlərinin mühafizəsi" layihəsi üzrə "Bəbirləri mühafizə edək!" adlı növbəti ekoloji yay düşərgəsi Lənkəranda keçirilib.

IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Ümumdün­ya Təbiəti Mühafizə Fon­dunun (WWF) Azərbaycan nümayəndəliyi və Təhsil Na­zirliyinin Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi tərə­findən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən düşərgəyə Lənkəran, Masallı və Astara rayonların­dan ümumilikdə 30 məktəbli qoşulub.

"Bəbirləri mühafizə edək!" yay düşər­gəsinin məqsədi məktəb yaşlarından gənc­lərin ətraf mühitlə bağlı maarifləndirilməsi, onlarda təbiətə sevgi hissinin formalaşdı­rılması və inkişaf etdirilməsi, Qafqaz bə­birinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan məktəblilərin bu nadir növ haqqın­da məlumatlandırılması və onun mühafizə­si işinin təbliğ edilməsidir.

Düşərgədə məktəblilər Qafqaz bəbiri­nin qorunması, insan və ətraf mühit möv­zularında seminarlarda, bəbirlərin yaşadı­ğı təbii mühitə ekskursiyalarda, müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak ediblər.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
14
xalqqazeti.az

10Mənbələr