AZ

“Yarımmüdafiə və hücum xəttinə yeni futbolçular transfer etmək istəyirik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları “Linkoln”la oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları “Linkoln”la (Cəbəllütariq) oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, Qurbanov qarşıdakı müddətdə komandaya yeni oyunçuların cəlb oluna biləcəyini bildirib: “Əlimizdə olan heyətlə bütün oyunlara hazır olmalıyıq. Bununla belə, baş məşqçi olaraq istərdim ki, heyətə bir neçə futbolçu daha cəlb edim. Çünki mövsümün gedişində zədəli oyunçular ola bilər. Yarımmüdafiə və hücum xəttinə yeni futbolçular transfer etmək istəyirik”. Qeyd edək ki, “Qarabağ” – “Linkoln” görüşü iyulun 30-u, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Cəbəllütariqdə baş tutan ilk matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.    

Seçilən
35
13
matc.az

10Mənbələr