AZ

Rusiyalıların 67%-i şəkəri ən təhlükəli məhsul hesab edir

Rusiyada analitiklər araşdırma apararaq sağlam qidalanmanın ruslar üçün nə demək olduğunu və onların onun prinsiplərinə əməl edib-etmədiklərini öyrəniblər.

 Sorğu iştirakçılarının 73%-i üçün sağlam qidalanma un, qızardılmış, şirin, yağlı qidalar və spirtdən uzaq durmaq olub.“18% şirniyyat və spirt istehlakını problem hesab etmir.

Qalanları əmindirlər ki, düzgün qidalanma müəyyən qidaları məhdudlaşdırmaqla yanaşı, həm də saatlarla yemək, oruc tutmaq və ciddi içmə rejiminə riayət etməyi tələb edir”, – araşdırmada vurğulanır.

Mütəxəssislərin müəyyən etdiyi kimi, rusların 41%-i düzgün qidalandıqlarına inanır.“37% bunun üçün çalışır, lakin hələ də sevimli məhsullarından imtina etməyə hazır deyil. 28% əmindir ki, düzgün qidalanma büdcəyə ciddi zərbədir”, - sorğunun nəticələrində deyilir.

Qeyd olunur ki, ruslar şəkəri ən təhlükəli məhsul hesab edirlər - respondentlərin 67%-nin cavabı belə olub.Bundan əlavə, sorğu iştirakçılarının 64%-i, hətta arabir kolbasa istehlak etsələr də, onun zərərli olduğuna əmindirlər.Ümumilikdə tədqiqatda 1,7 mindən çox respondent iştirak edib.

 

Foodinfo.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
moderator.az

2Mənbələr