AZ

Paris-2024: Hidayət Heydərov finala yüksəlməklə ölkəmizə ilk medalı təmin edib

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

73 kq çəki dərəcəsində yer alan idmançı kosovolu Akil Qyakova ilə qarşılaşıb.

Rəqibinə qalib gələn Heydərov finala vəsiqə qazanıb. O, həlledici mərhələdə fransalı Con Benjamin Qaba ilə üz-üzə gələcək.

Həlledici görüşə adlamaqla Hidayət Heydərov minimum gümüş medalı özünə təmin edib.

Seçilən
186
19
cbcsport.az

10Mənbələr