Gecə saatlarında hava hücumundan müdafiə sistemləri Kursk vilayətinin Oktyabrski və Kurçatovski rayonları üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 4 raketi məhv edib.
Bu barədə vilayət qubernatorunun səlahiyyətlərini icra edən Aleksey Smirnov məlumat verib.
O, Telegram kanalında yazıb: “Gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus dörd raket Oktyabrski və Kurçatovski rayonları üzərində səmada məhv edilib".
O sakinlərdən zibil tapdıqda ona toxunmamağı, dərhal 112-yə zəng etmələrini xahiş edib.
Cavid