AZ

Azərbaycanın KOB evləri 9 ayda sahibkarlara 285 minə yaxın xidmət göstərib - FOTO

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus KOB evlərində sahibkarlara 285 minə yaxın xidmət göstərilib.
 
Moderator.az agentliyə istinadən xəbər verir ki, bu xidmətlərin 224 mindən çoxu “Bakı KOB evi”nin, 44 mindən çoxu “Yevlax KOB evi”nin, 17 minə yaxını isə “Xaçmaz KOB evi”nin payına düşüb.
 
Xidmətlərin 271 mindən çoxunu dövlət qurumları (“G2B”), 14 minə yaxını isə biznes qurumları (“B2B”) göstərib.
 
Sahibkarlar daha çox mənşə sertifikatının alınması, bank, nəqliyyat, vergi, gömrük, kommunal, poçt və s. xidmətlər üçün KOB evlərinə müraciət ediblər.
 
Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 % təşkil edib.
 
KOB evlərində sahibkarlara vahid məkanda operativ, şəffaf və vətəndaş məmnunluğu əsasında biznes xidmətləri göstərilir. Bunlar biznes subyektlərinə sahibkarlıq fəaliyyəti üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, qida təhlükəsizliyi, kommunal xidmətlərə qoşulma, bank, sığorta, notariat və digər xidmətlərdir. Ümumilikdə Bakı, Xaçmaz və Yevlax KOB evlərində sahibkarlara dövlət və özəl qurum 300-dən çox “G2B” və 100-ə yaxın “B2B” xidmətlər təqdim edir.
Seçilən
486
10
moderator.az

10Mənbələr