AZ

Azərbaycanın kamandan oxatanı növbəti mərhələyə yüksəldi

Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti sınağına çıxıb.



Komanda.az xəbər verir ki, təmsilçimiz 1/32 finalda çinli An Qixuanla görüşüb.



Mübarizə Ramazanovanın üstünlüyü ilə başa çatıb – 6:5.



Bu nəticənin ardından idmançımız 1/16 finala yüksəlib. Onun bu raunddakı rəqibi almaniyalı Mişel Kroppen olacaq.



Ramazanova sıralama turunda 647 xalla 39-cu yeri tutmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərYaylagül Ramazanova

Seçilən
34
8
komanda.az

10Mənbələr