Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan Olimpiya Evi”ndə tədbir keçirilib.
Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç, AOK-un baş katibi Rafael Paqnozzi çıxış edərək ölkəmizdə idmanın inkişafından, idmançılarımızın Olimpiya Oyunlarında əldə etdiyi uğurlardan danışıblar.
Çıxışlardan sonra Rafael Paqnozzi Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə, gənclər və idman naziri Fərid Qayıbova və Azərbaycan MOK-nun baş katibi Azər Əliyevə xatirə hədiyyələri təqdim edib.
Tədbirdə Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Hidayət Heydərov sürəkli alqışlarla qarşılanıb və xatirə şəkilləri çəkilib.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.