AZ

Laçına növbəti 21 ailə köçürülüb

Laçına daha 18 ailə - 60 nəfər köçürülüb. Bu barədə Qaçqınların və Məcburi köçkünlərin dövlət komissiyasından məlumat verilib.


İndiyədək Laçın şəhərinə 552 ailənin, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib


Laçına ilk köç 2023-cü il mayın 27-də baş tutub.

Laçın rayonunun Sus kəndinə ilk köç karvanı mayın 11-də olub.

Bundan əvvəl Prezident İlham Əliyev bildirib ki, 2024-cü ilin sonuna qədər 20 min məcburi köçkün öz yurdlarına qayıdacaq.

Qarabağın işğaldan azad olunmasından sonra 2023-2026-cı illəri əhatə edən "Böyük Qayıdış" Proqramı hazırlanıb.

Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.


Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb.

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Laçın 2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanata əsasən dekabrın 1-də Azərbaycana qaytarılıb.
 
Gülnar 

www.anews.az
Seçilən
43
2
anews.az

4Mənbələr