Türkiyə xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri ilə telefon danışığı aparıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin mətbuat xidmətinin rəhbəri Öncü Keçeli "X" səhifəsində yazıb.
O bildirib ki, tərəflər HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra baş verən proseslər və regional vəziyyəti müzakirə ediblər.