AZ

Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü pillədə qərarlaşıb

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 23-cü pillədə qərarlaşıb.

Hələlik komandanın aktivində bir qızıl mükafat var. Cüdoçu Hidayət Heydərov (73 kq) iyulun 29-da olimpiya çempionu adını qazanıb.

Ölkəmizlə birlikdə Argentina, Sloveniya, Serbiya və Özbəkistan da bir qızıl medalla 23-cüdür.

Türkiyə (1 gümüş, 1 bürünc) 32-ci, Gürcüstan isə 14-cü (1 qızıl, 1 gümüş) sıradadır. İlk "üçlük"də Çin (9 qızıl, 7 gümüş, 3 bürünc), Fransa (8 qızıl, 10 gümüş, 8 bürünc) və Yaponiya (8 qızıl, 3 gümüş, 8 bürünc) yer alıblar.

Hələlik 47 ölkə mükafat əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Seçilən
62
49
cbcsport.az

10Mənbələr