AZ

Paris-2024: Azərbaycan boksçusu yarımfinalda

Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.


Qaynarinfo xəbər verir ki, 92 kiloqram çəki dərəcəsində çıxış edən idmançı qazaxıstanlı Aybek Oralbayla üz-üzə gəlib.


Rəqibinə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb.


Dominqes finala gedən yolda ispaniyalı Enmanuel Reyes Pla ilə qarşılaşacaq. Görüş avqustun 4-də gerçəkləşəcək.


Qeyd edək ki, dəri əlcək ustası 1/8 finalda ikiqat olimpiya çempionu Xulio Sezar la Kruzu (Kuba) məğlub etmişdi.



Seçilən
66
49
qaynarinfo.az

10Mənbələr