AZ

Paris-2024: 3x3 basketbol millimiz növbəti oyununu keçirib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Yığma III turda Fransa ilə qarşılaşıb. Görüş komandamızın 10:15 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, seçməmiz ilk turda Ispaniyaya 16:18 hesabı ilə uduzub. Növbəti qarşılaşmada isə ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib. Azərbaycanın növbəti görüşü Almaniya millisinə qarşı olacaq.

Seçilən
103
7
cbcsport.az

10Mənbələr