"Turan Tovuz" futbolçusu Bruno Qonçalveslə yollarını ayırıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı braziliyalı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Bruno Qonçalves 2023-cü ilin yayından "Turan Tovuz"da çıxış edirdi.