AZ

UEFA Çempionlar Liqası: "Qarabağ"ın mümkün rəqibi bəlli oldu

UEFA Çempionlar Liqası: "Qarabağ"ın mümkün rəqibi bəlli oldu

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi bəlli olub.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsində Bolqarıstan təmsilçisi "Ludoqorets"i mübarizədən kənarlaşdırsa, "Dinamo" (Zaqreb, Xorvatiya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off matçları 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.

10:08

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Oxu.Az xəbər verir ki, mərasimdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibi bilinəcək.

Tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

"Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) cütü Çempionlar yolunun səpələnməmişlər səbətində yer alacaq.

Çempionlar yolu:

Səpələnmişlər:

"Dinamo" (Zaqreb, Xorvatiya);

"Srvena Zvezda" (Serbiya);

"Malmö" (İsveç) - PAOK (Yunanıstan);

"Midtullan" (Danimarka) - "Ferentsvaroş" (Macarıstan);

"Yanq Boyz" (İsveçrə).

Səpələnməmişlər:

"Qarabağ" - "Ludoqorets" (Bolqarıstan);

"Qalatasaray" (Türkiyə);

"Slovan" (Slovakiya) - APOEL (Kipr);

"Yagellonya" (Polşa) - "Budyo Qlimt" (Norveç);

"Sparta" (Çexiya) - "Styaua" (Rumıniya).

Liqa yolu:

Səpələnmişlər:

"Dinamo" (Kiyev, Ukrayna) - "Reyncers" (Şotlandiya);

"Slaviya" (Çexiya) - "Yunion" (Belçika).

Səpələnməmişlər:

"Lill" (Fransa) - "Fənərbağça" (Türkiyə);

"Zaltsburq" (Avstriya) - "Tvente" (Niderland).

Qeyd edək ki, pley-off matçları 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.

Seçilən
47
27
sonxeber.az

10Mənbələr