AZ

Paris-2024: Sabah Şəriəti yarımfinalda

  Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

130 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda qazaxıstanlı Alimxan Sızdıkovla qarşılaşıb.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Şəriəti yarımfinala yüksəlib.

Təmsilçimiz finala gedən yolda kubalı Mixain Lopes Nunyeslə üz-üzə gələcək.

Görüş bu gün, saat 23:00-da başlayacaq.  


Seçilən
16
5
referans.az

5Mənbələr