Paris-2024: Mariya Stadnik Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Oxu.Az xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Stadnik 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.